Rusiya yazda Ukraynaya yeni hücum planlaşdırır.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer bildirib.
"Rusiyanın strateji hədəfləri dəyişməyib. Onlar məqsədlərini olduğu kimi saxlasalar, çox güman ki, yazda yeni hücuma başlayacaqlar", - deyə Rob Bauer qeyd edib.
O vurğulayıb ki, ukraynalılar buna hazır olmalıdır.
Milli.Az