“Rusiya Ukraynaya yeni hücum planlaşdırır” - NATO

19 Yanvar 2023 23:16

Rusiya yazda Ukraynaya yeni hücum planlaşdırır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer bildirib.

"Rusiyanın strateji hədəfləri dəyişməyib. Onlar məqsədlərini olduğu kimi saxlasalar, çox güman ki, yazda yeni hücuma başlayacaqlar", - deyə Rob Bauer qeyd edib.

O vurğulayıb ki, ukraynalılar buna hazır olmalıdır.

Milli.Az