Siyasət

30 ölkənin parlament sədrindən Simonyanın "Laçın müraciətinə" sıfır reaksiya...

19 Yanvar 2023 12:37
Baxış: 925

Elşad Həsənov: "Azərbaycan öz torpaqlarını işğaldan azad edir, öz ərazisində lazımi hüquqi tədbirlər görür".

Ermənistan parlamentinin sədri Alen Simonyan 30-dan çox ölkənin parlament rəhbərlərinə və beynəlxalq parlament təşkilatlarının prezidentlərinə müraciət ünvanlayıb. Erməni spiker məktubda Qarabağda vəziyyətin pisləşdiyini bildirib.

Rəsmi məktubda Alen Simonyan Ermənistanın beynəlxalq tərəfdaşlarını Qarabağda yaranmış vəziyyətin qarşısını almağa, o cümlədən Azərbaycana sanksiyalar tətbiq etmələri üçün tədbirlər görməyə çağırıb.

Ancaq maraqlıdır ki, onun bu müraciətinə 30 ölkədən heç biri reaksia verməyib. Bunun səbəbini nə ilə izah etmək olar?

Siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə bildirdi ki, dekabrın 12-dən bu yana bizim ekoaktivistlər Laçın yolunda  tələb edirlər ki, qızıl yataqlarımızdan olan  "Qızılbulaq" adlanan yataqdan qanunsuz daşınan yüklərə, eyni zamanda "Dəmirli" mis-molibden yatağından talan edilən Azərbaycanın sərvətlərinə bir əncam çəkilsin: "Bizə orada monitorinq aparmağa da icazə vermədilər. Dekabrın 10-u və 12-dən də ekoaktivistlər bu aksiyanı həyata keçirdilər. Mən bildirmək istəyirəm ki, ermənilər həmin vaxtdan dünya üzrə hər bir sahəyə, hər bir təşkilata müraciət edərək hay-küy salırlar ki, Qarabağda humanitar katastrof yaradılıb. Bunlar hamısı boş bəyanatlardır. Rəsmi olaraq ermənilərin özləri etiraf edirlər ki, bir ay müddətində Qarabağa 450-dən artıq maşın buraxılıb. Humanitar yönlü maşınların hər biri, sülhməramlıların maşınları, təcili yardım maşınları, Qırmızı Xaç cəmiyyətinin maşınları, bir sözlə hamısı buraxılır. Sadəcə olaraq ora əvvəllər daxil olan silahlı terrorçu qrupların gəlməsinin  və Azərbaycanın sərvətlərinin daşınmasının qarşısı alınıb. Bu məsələni də artıq beynəlxalq təşkilatların hamısı bilir. Paşinyan bu məsələlər başlayanda əsas da Rusiyadan tələb etdi ki,  bu yolun açılması üçün ciddi tədbirlər görsünlər. Simonyanın da parlament rəhbərlərinə, 30 ölkənin rəhbərinə müraciət etməsi növbəti bir erməni hay hay-küyüdür".

Ekspertin sözlərinə görə,  bu ölkələrin hər biri bilir ki, Azərbaycan ərazisində hansı hadisələr cərəyan edir və nəyin qarşısı alınır: "Çünki eyni zamanda Cənubi Qafqazda Rusiyanın mövqelərinin sıxışdırılması prosesi də gedir. Buna da Avropa İttifaqı ciddi cəhdlə çalışır. Xüsusilə Fransa burada aktivlik göstərir. Rusiyanın mövqeyini sarsıtmağa çalışırlar. Alen Simonyandan savayı,  Mirzəyan da  bugünlərdə Nyu-Yorkda oldu. BMT-nin baş katibi Quterreşlə görüşdü. Laçın dəhlizinin  açılması üçün onun da hərəkətə keçməsini və BMT missiyasının araziyə göndərilməsini xahiş etdi. Yəni bunlar hər tərəfə çabalayırlar ki, nəsə etsinlər. Bu günlərdə Fransa Milli Assambleyasının sədri İrəvanda  oldu və baş nazir,  spikerlə görüşdü. Qarabağın müstəqilliyini tanımadığını dedi. Ermənilər də buna çox məyus oldular. Siyasilər real vəziyyəti bilərək qərar qəbul edirlər. Bu gün biz məlumat aldıq ki, Amerikada ermənilər Azərbaycan səfirliyinin qarşısını kəsərək, onların girişinə maneçilik yaradıblar və Laçın yolunun açılmasını tələb ediblər. Ermənilər hər sahədə, hər yerdə çalışırlar ki, nəsə etsinlər, biz onların bütün cinayətkar əməllərinə göz yumaq. 30 ildir yığdıqları, daşıyıb apardıqları bəs deyilmiş kimi, indi də təbii sərvətlərimizi daşımağa şərait yaratmağımızı istəyirlər. Ancaq bu mümkün deyil. Bizim diplomatik səylərimiz, dünyada apardığımız işlər buna imkan verməyəcək. Dünyanın güclü ölkəkəri bu gün Azərbaycanı Canubi Qafqazda lider ölkə kimi tanıyır, onun iqtisadiyyatının, enerji sahəsinin, neft-qaz sahəsinin inkişafına və Avropa ölkələrinə verdiyi töhfəyə görə qiymətləndirirlər. Bu da erməniləri, təbii ki, qıcıqlandırır. Ona görə də, onların çabaları heç bir nəticə vermir. Bu gün də Avropa İttifaqında onlar çalışırlar ki, Azərbaycana qarşı sanksiya tədbiq etsinlər. Lakin mən belə hesab edirəm ki, bu qətiyyən olmayacaq. Çünki Azərbaycan öz torpaqlarını işğaldan azad edir, öz ərazisində lazımi hüquqi tədbirlər görür. Biz 30 il erməni işğalı altında olan zaman dəfələrlə BMT - yə, Avropa İtifaqına, müxtəlif ölkələrə Ermənistana sanksiya tədbiq etmələri üçün  müraciət etsək də, heç bir sanksiya tədbiq olunmadı. BMT - nin 4 qətnaməsi yerinə yetirilmədi. Bunları biz öz ordumuzun gücü ilə, apardığımız diplomatik səylərlə yerinə yetirdik. Bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etmişik. İndi müharibə artıq başa çatıb. Ermənistanla aramızda sülh müqaviləsi bağlanması üçün işlər görürük. Ona görə də ermənilərin bu çabaları heç bir nəticə verməyəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.