Siyasət

Ukraynada 250 min kvadrat kilometr ərazi minalanıb

8 Yanvar 2023 19:26
Baxış: 606

Ukraynada 250 min kvadrat kilometr ərazi minalanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Cənubi Koreyanın "Yonhap" agentliyinə müsahibəsində deyib.

"İndi bu, dünyanın ən böyük mina sahəsidir. Bu, nəinki insanların hərəkətinə əngəl olur, həm də əsas sənayemizdən olan kənd təsərrüfatında ciddi pozuntulara səbəb olur", - Şmıqal vurğulayıb.

Baş nazir əlavə edib ki, o ərazilərin təmizlənməsində Cənubi Koreyanın köməyinə ümid edir.

Hökumət başçısının sözlərinə görə, 250 min kvadrat kilometr bütün Koreya yarımadası, Rumıniya və ya Böyük Britaniyadan çoxdur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.