Siyasət

2023 proqnozu: Qarabağda əməliyyat…

1 Yanvar 2023 21:00
Baxış: 1 801

2023-ün gərgin il olacağını indidən söyləmək olar. Hadisələrin builki gedişatı göstərir ki, Azərbaycanla Ermənistan arasında gərginlik bu il də azalmayacaq.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, sülh sazişinin imzalanması ehtimalı bu il də yüksək deyil, ancaq Qarabağda erməni separatçılara qarşı ünvanlı anti-terror əməliyyatları mümkündür.

Politoloq Rusiya ilə Ukrayna arasında müharibənin də davam edəcəyini ehtimal edir:

"Qonşu İranda daxili qarşıdurma azalmayacaq, toqquşmalar fərqli formalar alacaq, Türkiyədə Cümhurbaşqanı və parlament seçkilərində hakim partiya ilə müxalifət arasında başabaş mübarizə gedəcək, Çinin Tayvanı nəzarətə götürmək istəyi böyük dövlətləri üz-üzə qoyacaq. Bu sıraya Qərbin Rusiyaya qarşı yeni sanksiyalarını, enerji böhranını, dünyada artan inflyasiyanı və pandemiya ilə mübarizənin davamını aid etmək lazımdır..."

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.