Siyasət

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı

22 Dekabr 2022 08:13
Baxış: 536

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ukraynalı həmkarı Volodimir Zelenskinin Ağ Evə səfəri zamanı bildirib.

Qeyd olunub ki, paketə Ukrayna üçün yeni təkmilləşdirilmiş müdafiə vasitələri daxildir.

Həmçinin, yardım paketinə 45 000 ədəd 152 mm mərmi, 20 000 ədəd 122 mm mərmi, 100 000 ədəd 125 mm tank mərmisi və 500 ədəd 155 mm yüksək dəqiqlikli artilleriya sursatı, 2,7 min ədəd atıcı silah, qumbaraatan minalar, peyk rabitəsi, gecə görmə cihazları və başqa avadanlıqlar əlavə olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.