Siyasət

Laçında ermənilərin məhv etdikləri mülklərlə bağlı faktlar AİHM-ə təqdim edildi

20 Dekabr 2022 10:07
Baxış: 1 050

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) yeni dövlətlərarası şikayət təqdim edib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.

"Avropa Məhkəməsinə göndərilmiş yeni dövlətlərarası şikayətdə 2022-ci il may-avqust aylarında Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülklərinin məhv edilməsinə görə, Ermənistanın məsuliyyət daşımasına dair faktları təqdim etdik", - deyə o bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.