Laçın yolundakı aksiya ilə bağlı xarici ölkə parlamentlərinə məktublar ünvanlanıb
Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupları, o cümlədən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi tərəfindən xarici ölkə parlamentlərindəki həmkarlarına Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının həyata keçirdiyi etiraz aksiyası ilə bağlı məktublar ünvanlanıb.
Milli Məclisdən verilən məlumata görə, məktublarda Ermənistan tərəfindən Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərindəki təbii sərvətlərin qanunsuz şəkildə istismar edilərək, Laçın yolu vasitəsilə Ermənistana daşınmasına, Azərbaycanın aidiyyəti dövlət qurumları nümayəndələrinin faydalı qazıntı yataqlarının yerləşdiyi ərazilərə səfərinin əngəllənməsinə cavab olaraq, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəallarının Şuşa-Laçın yolunda etiraz aksiyasına başladıqları bildirilib.
Ermənistan tərəfinin iddialarının tamamilə əsassız olduğu vurğulanaraq, Laçın yolundakı məhdudiyyətlərin azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya sülhməramlı kontingenti tərəfindən yaradıldığı, etiraz aksiyasının məqsədinin yolun bağlanması deyil, talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısının alınması olduğu, mülki təyinatlı nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə törədilmədiyi qeyd edilib.
Məktublarda həmçinin Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq, Laçın yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması üçün istifadə etdiyi, bununla da Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə qəbul etdiyi öhdəliklərə zidd olaraq, qanunsuz fəaliyyətlərini davam etdirdiyi diqqətə çatdırılıb. Ermənistanın bu cür qanunsuz fəaliyyətləri ilə bağlı obyektiv məlumatlandırmanın zəruriliyi xüsusilə vurğulanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib





