Siyasət

DTX-dən Naxçıvanda növbəti əməliyyat - Saxlanılanlar var

16 Dekabr 2022 13:34
Baxış: 3 708

Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında araşdırmaya başlaması barədə məlumatlar yayılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz məlumat yayıb.

Onun sözlərinə görə, dövlət xəstəxanasının baş həkimi Zəbur Bağırov, qəbul şöbəsinin müdiri Ramidə Bağırova və baş həkimin müalicə işləri üzrə müavini Ramazan Abbasov DTX-nin Naxçıvan Baş İdarəsinə aparılıb.

Onların maliyyə yoxlamaları ilə bağlı saxlanıldığı qeyd edilib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.