Azərbaycanlı ekspert qrupu Xankəndindədir: öz şəhərimizdəyik - FOTO
Bu gün səhər saatlarında Qarabağda, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti nəzarət arealında olan Xankəndi-Gorus yolunda, Şuşa-Daşaltı yolarıcında tıxac yaranıb.
Səbəb Azərbaycanın rusiyalı sülhməramlıların yerləşdikləri ərazidə ekoloji monitorinq aparmaq istəyi idi.
Azərbaycan Respubulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edib.
2022-ci il 3 dekabr tarixində saat 11.00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar.
Hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn gələn ekoloji fəsadların araşdırılması və monitoriqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsi sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunur.

Danışıqların yekunları barədə ictimaiyyətə məlumat veriləcək.
Xankəndində aparılan danışıqların əsas mövzusu rusiyalı sülhməramlıların nəzarətindəki arealda Azərbaycanın təbii sərvətlərinin, xüsusilə də qızıl yataqlarının Ermənistandakı şirkətlər tərəfindən talanmasına son qoyulmasıdır.
44 günlük İkinci Qarabağ Müharibəsinin sonucları əsasında Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanata əmasən Qarabağ bölgəsinin bir hissəsində Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Fəqət, İrəvanın və Moskvanın düşündüklərinin tam əksinə olaraq, rəsmi Bakı həmin ərazilərdə yaşananlar barədə tam, müfəssəl məlumatlara malikdir.
Azərbaycan dəfələrlə bəyan edib ki, ən müasir texniki vasitələrlə, o cümlədən peyklərin köməyi ilə insanların və avtomobil nəqliyyatının hərəkətini müşahidə etmək, hətta bu maşınların nömrə nişanlarını qeydə almaq imkanlarına malikik. Təbii, həmin ərazilərdə qanunsuz fəaliyyəti də qeydə alırıq.
Müşahidələr əsasında dəqiq təsbit edilib ki, sabiq Ağdərə (indiki Tərtər) rayonu ərazisindəki Gülyataq kəndinin yaxınlığındakı qızıl mədənində çıxarılan xammal Ermənistana daşınır.
Rusiyalı sülhməramlılar bu prosesin "təhlükəsizliyi"ni təmin edirlər.
Daşıma prosesini İsveçrənin "Vallex Group" şirkətinə daxil olan və Ermənistanda fəaliyyət göstərən "Base Metals" şirkəti həyata keçirir.
30 illik erməni işğalı zamanı Kəlbəcər, Zəngilan və Ağdərə rayonlarındakı qiymətli metal yataqlarını talamaqla məşğul olan "Base Metals" indi Rusiyanın Sülhməamlı Kontingentinin (RMK) nəzarətindəki ərazilərdə özünü çox rahat hiss edir.

Xankəndində də ofisi olan "Vallex Group"un rəhbəri 71 yaşlı Valeri Mejlumyandır, əsas sərmayədarı isə İsveçrə vətəndaşı olan 66 yaşlı erməni Vartan Sirmakesdir.
"Base Metals"ın icraçı direktoru Artur Mkrtumyandır.
"Base Metals"ın bəhs etdiyimiz ərazilərdəki fəaliyyətində "şərik"lər isə RMK-nın komandanı general Volkov və Xankəndindəki separatçı rejimin "baş naziri" Ruben Vardanyandır.
Əldə olunan gəlirlərin yarısı Ermənistanda baş nazir Nikol Paşinyanın əleyhinə çıxan siyasi qüvvələrin maliyyələşdirilməsinə, yarısı isə Rusiyanın məruz qaldığı sanksiyalardan dolayı ala bilmədiyi məhsulların əldə olunmasına xərclənir.
Beləliklə, Volkovla Vardanyanın cinayyətkar işbirliyi Azərbaycanın təbii sərvətlərini qarət edir.
Laçın dəhlizi isə hərbi cinayətkarlar, oğrular, quldurlar üçün asan keçid yoluna çevrilib.
Məhz bu səbəbdən rəsmi Bakı həmin ərazilərdə monitorinq aparmağa qərar verib.
Ermənilərin sosial şəbəkələrdə isteriyasına, erməni siyasətçilərin aqressiv və həyasız bəyanatlarına rəğmən, Azərbaycanın müvafiq dövlət qurumları ölkənin İSTƏNİLƏN ƏRAZİSİndə, o cümlədən hazırda rusiyalı sülhməramlıların müvəqqəti yerləşdikləri məkanlarda da monitorinqlər aparmaq hüquna malikdir və aparacaq da.
Kimlərinsə nə isə deməyindən asılı olmayaraq.
Elçin Alıoğlu
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib (Foto)
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib (Foto)
-
Azərbaycan və Peru ikitərəfli əlaqələrin gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər - Xarici İşlər Nazirliyi
-
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub
-
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb (Foto)
XƏBƏR LENTİ
-
DÇ-2026: Türkiyə qələbə qazandı, amma qrupdan çıxa bilmədi
-
Ağcabədidə iki avtomobil toqquşdu, bir sürücü həyatını itirdi
-
Soyuducunuzdakı köhnə süd qutusu ventilyatorun buz kimi üfürməsini təmin edir
-
Tualet kağızı ilə ağcaqanadları evdən uzaqlaşdırın
-
Bal kimi şirin qarpızı seçmək üçün 5 əsas əlamət
-
Unsuz hazırlanan "fit" poğaça resepti
-
İsti havalarda su əvəzinə süd için
-
Xaricdən şəxsi istifadə adı ilə mal gətirib satanlara xəbərdarlıq
-
Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi
-
Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm
-
Gilasları daha yaxından araşdırdılar: Bizi loqo ilə aldadırlarmış
-
Mərakeş millisindən yeni rekord
-
3 uşaq anası ağır sənəti seçdi, indi yüksək gəlir əldə edir: Magdanın uğur hekayəsi (Foto)
-
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib (Foto)
-
Günün qoroskopu: Gözlənilməz xərclər çıxa bilər
-
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
-
Kanada “Avroviziya”da iştirak hüququ qazandı
-
Ən çox dişlənən qan qrupu: Ağcaqanadlar sizi niyə seçir?
-
Şahin Bağırovdan avtomobil idxalı ilə bağlı yeni açıqlama: İmtiyazlar bərpa olunacaq?
-
Abbasqulu ağa Bakıxanov küçəsində hərəkət məhdudlaşdırılacaq
-
"Qalatasaray"dan Can Uzun üçün 40 milyon avroluq təklif
-
Bakıda nəvəsi imtahandan az bal yığdı, acığını gəlinindən çıxdı
-
İsrail Prezidentini daşıyan helikopter quş sürüsü ilə toqquşub
-
Kiftəli badımcan əzməsi





