Qarabağda ASALA terrorçuları var - İran onlara NƏ GÖSTƏRİŞ VERİB?
"Molla rejiminin terrorçu ASALA ilə əlaqəsinin olması mümkündür".
Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O bildirib ki, Azərbaycanın və Türkiyənin əleyhinə olanlar İran rejiminin müttəfiqləri sayılır:
"İrandakı rejim bölgədə müxtəlif terrorçu və silahlı qruplaşmaları maliyyələşdirir, onlara gizli və açıq dəstək verir. Məqsəd Tehran rejiminin düşmənlərinə və rəqiblərinə qarşı "ortaq mübarizənin" genişlənməsinə nail olmaqdır. Bunların başında "Hizbullah" təşkilatı dayanır.
İranın illərdir maliyələşdirdiyi və silahla təmin etdiyi bu təşkilatın mərkəzi Livandadır. ASALA da Livanda təsis olunaraq Türkiyə və Azərbaycana qarşı fəaliyyətə başlayıb. İran kəşfiyyatının ASALA ilə ilk təmaslarını "Hizbullah" üzərindən qurması istisna deyil. ASALA-nın Livanda digər terrorçu PKK ilə də bağları olub.
Azərbaycanın və Türkiyənin əleyhinə olanlar İran rejiminin müttəfiqləri sayılır. ASALA 1980 və 1990-cı illərin əvvəllərində müxtəlif ölkələrdə Türkiyənin diplomatlarına qarşı terror aksiyları həyata keçirdikdən sonra SSRİ-nin dağılmasıyla Qarabağa keçid aldı. Onlar yerli separatçılarla birləşərək azərbaycanlılara qarşı qətliamlar törətdilər.
ASALA üzvləri işğal müddətində də Qarabağda idilər, İranla sərhədə nəzarət edir, narkotik maddələrin Avropaya daşınmasında iştirak edirdilər. ASALA yox olmayıb, Azərbaycan ordusu bir çoxunun cəzasını verib, ancaq sağ qalanları da var və onların bir qismi Qarabağda, digərləri Ermənistanda səpələniblər. Belələri köhnə əlaqələrdən istifadə edərək İran kəşfiyyatına xidmətlərini də davam etdirirlər".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
XƏBƏR LENTİ
-
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
"Brent" bahalaşdı
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Yasamal və Nizamidə işıq olmayacaq
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)





