Siyasət

Zelenski Kiyevə səfər edən 7 ölkənin XİN rəhbərini qəbul etdi - VİDEO

29 Noyabr 2022 07:35
Baxış: 928

Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin xarici işlər nazirləri Ukraynanın paytaxtı Kiyevə səfər ediblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Latviyanın XİN rəhbəri Edqars Rinkeviçs öz tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, bu, Ukraynada müharibənin başlamasından sonra ölkəyə səfər edən ən böyük nazirlər qrupudur.

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında Kiyevə səfər edən xarici işlər nazirləri ilə görüşü haqda paylaşım edib:

"Sizin səfəriniz tərəfdaş ölkələrin Ukraynaya güclü dəstəyinin və həmrəyliyinin mühüm əlamətidir, xüsusən də ən ciddi çətinliklərin olduğu bir vaxtda".

Zelenski Baltikyanı və Şimali Avropa ölkələrinə Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinin qorunmasında fəal və səmərəli köməyə görə təşəkkür edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.