Parisdə Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz aksiyası keçirilib - VİDEO - FOTO
22:00
Noyabrın 28-də Avropada yaşayan Azərbaycan icması Fransa Milli Assambleyasının yaxınlığında Azərbaycan əleyhinə qətnamənin müzakirəsinə cavab olaraq dinc etiraz aksiyası keçirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, aksiya zamanı soydaşlarımız əllərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamları, Xocalı soyqırımını əks etdirən fotoşəkilləri, o cümlədən amansızlıqla qətlə yetirilmiş dinc azərbaycanlı qadın və uşaqların fotolarını, "Qarabağ Azərbaycandır!, "Ədalət tələb edirik!", "Terrorizmə YOX deyirik!", "Milli Assambleya ədalətli olmalıdır!", "Riyakarlığı durdurun!", "Cənubi Qafqazda sülhün bərqərar olması üçün Fransa neytral olmalıdır!", "Erməni terrorizminə son qoyun!", "Erməni yalanlarına uymayın!", "İkili standartlara son qoyun!", "Təcavüzkar ölkəni dəstəkləməyin!" kimi şüarlar yazılmış plakatları nümayiş etdiriblər.
Qətnamə layihəsinin ədalətsiz olduğunu və reallığı əks etdirmədiyini nəzərə çatdıran soydaşlarımız bədnam sənədi erməni lobbisi və onların havadarlarının Azərbaycana qarşı apardıqları qərəzli kampaniyanın tərkib hissəsi kimi dəyərləndiriblər. Yalnız ermənilərin maraqlarını müdafiə etdiklərini vurğulayaraq bu qərəzli münasibəti qətiyyətlə pislədiklərini və rədd etdiklərini diqqətə çatdırıblar.
Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün Fransanın bitərəf qalmasının vacibliyini xatırladan aksiyaçılar belə düşünülməmiş addımın ciddi fəsadlar doğuracağını, regionda münaqişəni yenidən alovlandıra biləcəyini qeyd ediblər.
Azərbaycan icması adından çıxış edən diaspor fəalları - Fransada yaşayan hüquqşünas Zaur Sadıqbəyli, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva, Böyük Britaniyanın tanınmış jurnalisti və politoloqu doktor Neil Vatson, fransalı hüquqşünas Mile Ben Said Basma, Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva, Benilüks Azərbaycanlıları Konqresinin rəhbəri Elsevər Məmmədov, Belçika-Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva, Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın və başqaları fransız deputatları ədalətli olmağa, terrorizmə yox deməyə, regionda sülhün bərqərar olmasına töhfə verə bilmədikləri halda, ən azından neytral qalmağa, xalqlar arasına nifaq toxumu səpməməyə, balanslı debatlar aparmağa çağırıblar.
Etiraz aksiyasının qətnaməsi Fransa Milli Assambleyasına təqdim olunub.
P.S.: Fransa Milli Assambleyasının bügünkü iclasında bədnam qətnamə müzakirədən çıxarılıb. Bu məlumat dərc olunana qədər sənədin müzakirəsinin sabahkı gündəliyə salınıb-salınmayacağına dair xəbər yox idi.
---------
17:17
Parisdə Fransa Milli Assambleyasının qarşısında Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz aksiyası keçirilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə qeyd edilib.
Aksiya bu gün Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada Azərbaycan əleyhinə qətnamə layihəsinin müzakirəyə çıxarılması ilə əlaqədardır.
Piket zamanı Azərbaycan diasporunun üzvləri Fransa Milli Assambleyasının üzvlərindən Azərbaycana ədalət tələb edirlər.
Qeyd edək ki, noyabrın 15-də Fransa parlamentin yuxarı Palatası olan Senat Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamə qəbul edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
XƏBƏR LENTİ
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək





