Vasif Talıbov YAP-ın tədbirində niyə yox idi?..
Ötən gün Heydər Əliyev Mərkəzində YAP-ın 30 illiyinə həsr olunan tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, partiyanın İdarə Heyətinin üzvü Vasif Talıbovun iştirak etməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bəzi iddialara görə, Vasif Talıbov tədbir keçirilən gün Bakıda olub. Hətta qeyd olunur ki, Talıbov tədbirin keçirildiyi Mərkəzə gəlib, lakin qapıdan içəri buraxılmayıb.
Dünəndən sosial şəbəkədə sözügedən iddia müzakirələrə səbəb olsa da, YAP bu barədə heç bir rəsmi açıqlama yaymayıb. "Qafqazinfo" olaraq mövqe öyrənməyə çalışsaq da, hakim partiya mövzuya heç bir münasibət bildirməyib.
Naxçıvanın Bakıdakı nümayəndəliyi də sualı eşidəndən sonra telefonu bağlayıb.
Qeyd edək ki, bir müddət əvvəl "Naxçıvan Bank"ın "Bakı" şöbəsinin fəaliyyətinin dayandırılması ilə bağlı məlumat yayılmışdı.
Xatırladaq ki, noyabrın birində Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilərək Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb. Məlumatlara görə, bu siyasət davam etdirilərək yaxın vaxtlarda digər hüquq-mühafizə orqanlarının da eyni qaydada ləğv olunub baş idarə kimi fəaliyyət göstərəcəyi gözlənilir.
Bu arada həm ictimaiyyət, həm də ekspertlər tərəfindən Naxçıvanla bağlı aparılan son islahatlar dövlətçiliyin möhkəmləndirilməsi baxımından yüksək qiymətləndirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
"Aşk-ı Memnu"nun məşhur aktrisası vəfat etdi - (Foto)
-
Avropa Liqası: “Beşiktaş” Fransa nəhəngini darmadağın etdi
-
Nə yaşıl, nə də qara: Ən sağlam çay məlum oldu
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi





