Ya oyan, ya yan, İran…
İrana nifrət edirəmmi?
Yox.
Hər şeyə, hər kəsə, hər deyilənə rəğmən- yox.
İran mənim üçün minillərlə tarixə malik məkan, çox zəngin və möhtəşəm musiqisi, kültürü, ənənələri olan yerdir.
Farslara da nifrət yox, olmayıb və olmayacaq da.
"Fars" dedikdə şüuruma Rudəki, Firdovsi, Xəyyam, Sədi, Hafiz, Camidən qəzəllər, rübailər, xümslər gəlir.
"Fars" dedikdə şüuruma Əli ət Təbəri, Cabir ibn Həyyan, Nəcməddin əl Qəzvini, Molla Sədra, Əbubəkr Məhəmməd ər Razi, Sultan Vələd, Əl Fərabi, Qütbəddin əş Şirazi və digər filosoflar gəlir.
"Gəndi məni"ni xatırlayıram.
Amma bütün bunların "İran İslam Respublikası" adlı məkanın siyasəti, hakimiyyəti ilə əsla, fəqət əsla əlaqəsi yox.
"Vilayəti fəqih" adlanan və İslamın həm şəri, həm feli qanunlarına zidd hakimiyyət, insanların kütlə halına salınaraq idarə edilməsinə hesablanmış üsul-idarə, "mənimlə olmayan mənə qarşıdır" kimi bəşər övladının təfəkkürünü çürütməyə yönəlmiş təbliğat, ölkəni xalqlar zindadına və hüquqlar məzarlığına çevirmiş teokratiya...
Bütün bunlara görə İranda məşrutə olmalı.
Məşru əməl olduğu üçün.
İran hakimiyyəti indiki halında və düşüncəsində ətrafdakı bütün ölkələr, xalqlar üçün təhdid, təhlükədir.
İran hakimiyyəti yalnız özünü hakimi-mütləq bilən, amma cahil və qafil zavallılar toplusudur.
Səd heyf ki, belədir.
Ol səbəbdən İranda hakimiyyət dəyişməli, insana qarşı olan indiki mütləqlik dəyişərək insanla olan idarəçilik bərqərar tapmalıdır.
Çünki indiki İranda bütün xalqlar, ilk əvvəl elə farsların özləri biçarə, əzabkeş və məzlumdur.
Məzkur səbəbdən...
Ya oyan, ya yan, İran...
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - (Foto)
-
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Avropa Komissiyasının Prezidenti ilə görüşdən görüntülər paylaşılıb (Video)
-
İlham Əliyevlə Ursula fon der Lyayenin səmimi söhbəti (Video)
-
Lyayen: Müfəssəl əməkdaşlıq sazişi üzərində işlərimizi davam etdiririk (Video)
-
Avropa Komissiyasının Prezidenti: Azərbaycan təmiz enerji üçün də regionda qovşaq rolunu oynaya bilər
XƏBƏR LENTİ
-
Kiyevdə matəm elan edildi
-
Sandro Tonalinin yeni klubu bəlli oldu
-
Bakının 4 rayonunda su kəsintisi olacaq
-
Xameneyinin tabutunun ilk görüntüsü - (Foto)
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
-
Ofelya Şabanova: "O qaça-qaça qardaşımın yasına gəldi"
-
10 marşrutun hərəkəti istiqaməti dəyişdirilir
-
Məşhur tiktoker "Arzum" həbs edildi
-
Bakıxanovdakı yaşayış kompleksində yanğın: 4 avtomobilə ziyan dəyib - ( Foto)
-
Puşkinin Hemerdəki abidəsi yoxa çıxdı - Tapan mükafat alacaq - (Foto)
-
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir - (Foto)
-
Səhiyyə Nazirliyi apteklərdə nöqsanlar tapdı - Bu dərmanlar satışdan kənarlaşdırıldı
-
Seneqalın ulduzu: “Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
-
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib
-
Ağadadaş Ağayevin müğənni bacısı oğlu: "Dayım mənənə dəstək olmur" - (Video)
-
Alyona Əliyeva “Zamanın naxışları” moda nümayişində iştirak edib - (Foto)
-
İyulun əvvəlində şans bu bürclərin üzünə güləcək
-
İyulun 12-də qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə!
-
Neftimiz ucuzlaşdı
-
Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - (Foto)
-
Azərbaycanlı qız yad ölkədə vəhşicəsinə öldürüldü - Şok cinayətin təfərrüatı
-
“Sabah” Kurasao millisinin futbolçusunu transfer etdi
-
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - (Foto)





