Şirin quyruğu qopdu: Tehran əməlinə "peşman"dır?
Ölkə daxilində etirazların pik həddə çatdığı qonşu İran böhranlı günlərini yaşayır. Molla rejiminə qarşı ən sərt formada etirazlarını ifadə edən xalq necə deyərlər, mövcud qaydalarla artıq yaşamaq istəmir. Hakimiyyət isə ölkəni mövcud sərt şəriət qaydaları ilə idarə edə bilmir.
Və bu narazılıq tək daxili deyil, xarici siyasətlə də bağlı güclənməkdədır. İşğalçı ilə işğala məruz qalan arasında fərq qoymamaq, əksinə birinciyə üstünlük vermək qonşu dövlətin əsas amalına çevrilib. Bu da fəsadlarını verməli idi və verdi də. 30 il din, dil, birgə tarixi keçmişi olduğu Azərbaycanı deyil, məscidlərini xarabazara çevirdiyi daşnak, faşist rejimlə münasibətlər qurmağa üstünlük verdi. Azərbaycan torpaqları işğal altında qalanda bu siyasət davam etdi. Rəsmi Bakı bu ədalətsizliyə son qoymaq üçün hərbi əməliyyatlara başlayanda da yenə bitərəfli qaydada Ermənistanı müdafiə etməyə çalışdı.
Ardınca da separatçılarla əməkdaşlıq edildi, sərhəddə hərbi təlimlər keçirdi, Qarabağdakı tör-töküntü rejimə ərzaq və silah daşıdı, hətta konsulluq belə açmaqdan çəkinmədi. Bütün bunların da fəsadları olacaqdı və olur da. Ən dəşhətlisi odur ki, İran İslam Respublikası yarandığı gündən bəri bu həddə nifrətin şahidi olmayıb.

Beləliklə, daxili problemlərdən diqqəti yayındırmaq üçün qonşularla münasibətləri gərginləşdirmək xətti götürən rəsmi Tehran ümid edirdi ki, narazılıqları səngidə biəcək. Lakin görünür ki, yanılıb. Narazılıqlar nəinki, səngidi, əksinə daha da güclənib. Bu səbəbdən də molla rejimi geri çəkilməyə məcbur olub. Söhbət İranın Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayətinin Azərbaycanla bağlı son açıqlamasından gedir. Bu da İranın növbəti dəfə geri addım atdığını və Azərbaycana güc, təzyiq göstərmək yolu ilə nəyəsə nail ola bilməyəcəyini anladığını göstərir.
İranın Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri deyib ki, "əgər bir gün Azərbaycan Respublikası xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycanın yanında olacaq. Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycanla döyüşmək istədiyi barədə şayiələr yayırlar. Bu, İrana qarşı namərdcəsinə atılan böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan Respublikası xalqı gözümüzün işığıdır". Nəzərə alsaq ki, bu şəxs İranda nüfuzlu şəxslərdən biridir və xarici siyasətini müəyyənləşdirən və həyata keçirən əsas fiqurdur. Faktiki olaraq ölkənin xarici işlər naziri vəzifəsini Əli Əkbər Vilayəti yerinə yetirir. Maraqlıdır ki, İran bu təhdidini yalnız əməli fəaliyyəti ilə deyil, həm də sözlə dilə gətirib.
Yeri gəlmişkən, bir müddət əvvəl İran dili lideri Ayətullah Xameneinin nümayəndəsi, Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana "şirin quyruğu ilə oynamamağı" məsləhət görən birabırçı açıqlaması ilə gündəm olmuşdu. Və indi məlum bəyanat səslənir. Görünür, şirin quyruğu qapı arxasında qalıb.
Beləliklə, İran tərəfi anlamalıdır ki, Azərbaycan bu gərginliyin yaranmasının təşəbbüskarı olmayıb. Xüsusilə, Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin iki hərbi təlim keçirməsi ölkələrimiz arasında etimadın güclənməsinə xidmət etməyib, əksinə bu etimada mənfi təsir göstərib. İki ölkə arasında gərginliyin yaranmasının səbəbkarı məhz İran özü olub.
Azər Nuriyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
-
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - (Foto)
XƏBƏR LENTİ
-
Manaf Ağayevə ağır itki
-
Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi
-
Ayın 26-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Formula 1-də üçüncü sərbəst yürüş başladı
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
-
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - (Foto)
-
Xarici ölkə vətəndaşı ilə əlaqəsi olan şəxs 11 kiloqram narkotiklə tutuldu
-
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib
-
Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib
-
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Bulvarda bahalaşma ilə bağlı rəsmi açıqlama
-
Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Azərbaycana ən çox kimlər gəlib?
-
Xarici yazar Azərbaycan şəhidlərini yad etdi: “Azərbaycan yenidən şəhidlərinə baxır”
-
Ziraat Bank Azərbaycan müştərilərinə xüsusi üstünlüklər və eksklüziv imkanlar təqdim edən yeni Visa Infinite premium kartını istifadəyə verib
-
Bu şəxslər dövlət qulluğuna qəbul edilməyəcək - Yeni qayda
-
Qazaxıstanda matəm günüdür
-
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib - (Foto)
-
Azərbaycanda kartlarla bağlı yeni məlumat





