Siyasət

Trüdo Paşinyanla Qafqazdakı vəziyyəti müzakirə edib

19 Noyabr 2022 21:18
Baxış: 718

Kanadanın baş naziri Castin Trüdo Ermənistanın baş naziri Nikol Paşinyanla Qafqazdakı vəziyyəti müzakirə etdiyini açıqlayıb.

"Biz demokratiyanın gücləndirilməsinə, iqtisadiyyatlarımızın böyüməsinə, Qafqazda sülh və təhlükəsizliyin təşviqinə sadiqik. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla bunları müzakirə etdik", - Trudeau şənbə günü "Twitter" səhifəsində yazıb.

O əlavə edib ki, söhbət zamanı həmçinin Kanada və Ermənistan arasında münasibətləri gücləndirmək barədə razılıq əldə olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.