Siyasət

Türkiyədən Fransaya: Qiyamətə qədər Azərbaycanın olacaq

19 Noyabr 2022 07:59
Baxış: 723

Fransa Azərbaycana qarşı sanksiyalar tətbiq etməkdən dəm vurur. Fransa əvvəlcə bundan danışmalıdır ki, otuz il ərzində Minsk Qrupunun həmsədri kimi Azərbaycan ilə Ermənistan arasında problemin həlli ilə bağlı bir cümlə söyləyibmi, bir addım atıbmı?

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Numan Qurtulmuş deyib.

Fransanın nümayiş etdirdiyi ədalətsiz və qərəzli mövqeyə kəskin etirazını bildirən N.Qurtulmuş qeyd edib:

"Fransa həm işğala göz yumur, həm də Azərbaycan torpağı olan Qarabağın ermənilər tərəfindən işğalına şərait yaratmaq üçün siyasi zəmin hazırlamaq istəyir. Bu, yolverilməzdir. Qarabağ Azərbaycandır və qiyamətə qədər də Azərbaycanın olacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.