Siyasət

“Bu şüşəni açmaq vaxtıdır!” - İsrail səfiri

18 Noyabr 2022 16:07
Baxış: 1 178

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın İsraildə səfirlik açmasına münasibət bildirib.

Milli.Az bildirir ki, bu barədə bu gün İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter" hesabında bildirib.

"Bu şüşəni açmaq vaxtıdır! Bu gün Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin açılması haqqında qanunu qəbul edib", - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq təsdiq edilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.