Polşa raket partlayışı ilə bağlı Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə istinad etməmək qərarını verib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Mateuş Moravetski bildirib.
"Hadisələrin inkişafı və gecə saatlarında alınan məlumatlar bizi belə qənaətə gətirdi ki, bu, Polşaya qəsdən edilmiş hücum deyil. Hazırda əldə etdiyimiz məlumata görə, Polşa ərazisinə hücum planı olmayıb. Ona görə də 4-cü maddədən (Bu maddə NATO üzvü olan ölkələrdən biri onun ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinin təhdid altında olduğunu hesab edərsə, tərəflərin məsləhətləşmələr aparmasını nəzərdə tutur - red.) istifadə etmədik, amma onu hazır saxladıq", - Moravetski qeyd edib.
Milli.Az