Siyasət

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak edir

15 Noyabr 2022 14:05
Baxış: 700

Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri Türkiyənin İsparta şəhərində hərbi təlimlər keçirir.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib.

Paylaşımda deyilir:

"Birik, bərabərik və güclüyük!

Türk dövlətlərinin qardaş hərbçiləri İspartada bir araya gəlib. Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri "21-ci Məskunlaşmış məhəllələrdə terrorçularla mübarizə əməliyyat kursu" çərçivəsində təlim keçirlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.