Siyasət

Separatçı "ordu" ləğv edilir: “Razılaşma var” - Abramyan

12 Noyabr 2022 23:02
Baxış: 2 170

Qarabağın dağlıq hissəsindəki separatçı ordunun ləğvi məsələsi yenidən gündəmə gətirilir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqar Abramyanın açıqlamasında deyilib.

Onun sözlərinə görə, məsələ əvvəllər Azərbaycanın təşəbbüsü və tələbi ilə həyata keçirilirdisə, indi həm Ermənistan hökuməti, həm də separatçı rejimin özü tərəfindən aktivləşdirilir və müzakirə olunur.

Abramyan bildirib ki, separatçı qüvvələrin tam ixtisarı beynəlxalq və ya Qarabağın dağlıq hissəsindəki Rusiya sülhməramlılarının zəmanəti kontekstində gündəmə gətirilir.

"Burada birinci problem ondan ibarətdir ki, Ermənistan hökuməti bu mövzunu gündəmin müzakirə, daha dəqiq desək, sövdələşmə mövzusuna çevirib", - deputat vurğulayıb.

O, bu məsələnin Ermənistan hökuməti və Xankəndindəki separatçı rejim arasında razılaşdırıldığını iddia edib.

Abramyan "müdafiə ordusu"nun bölgədəki qondarma respublikanın "sonuncu istinad divarı" olduğunu və bunun da dağıdılmasına başlanılacağını söyləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.