Siyasət

Kamran Əliyevdən yüksək vəzifələrə YENİ TƏYİNATLAR

11 Noyabr 2022 14:07
Baxış: 2 847

Prokurorluq orqanlarında yeni kadr təyinatı baş tutub.

Milli.Az Manset.az-a istinadən bildirir ki, bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. 

Baş Prokurorun əmri ilə, Sumqayıt hərbi prokurorunun müavini, ədliyyə mayoru Nağıyev Rəşad İlyas oğlu tutduğu vəzifədən azad edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Təşkilat və İcraya nəzarət şöbəsinə prokuror təyin edilib.

Kamran Əliyevin digər əmri ilə, Bakı hərbi prokurorluğunun böyük müstəntiqi, ədliyyə mayoru Əliyev Elmir Həsən oğlu tutduğu vəzifədən azad olunaraq, Rəşad Nağıyevin yerinə təyinat alıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.