Zəfər Günü münasibətilə noyabrın 8-də Müdafiə Nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə Milli.Az-a MN-dən məlumat verilib. Xəbərə görə, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilərək məzarları üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.
Milli.Az