Siyasət

İran Azərbaycandakı agentlərinə yüz minlərlə avro ödəyib - İFŞA - FOTO

7 Noyabr 2022 19:31
Baxış: 2 193

İranın "Black Rewards" haker qrupu İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Azərbaycandakı iranlı agentlərinə ödənişlər barədə məlumatların yer aldığı daxili sənədlərini yayıb.

Milli.Az-ın sosial şəbəkələrdə yayılan məlumat və sənədlərə istinadən verdiyi məlumata görə, bunlar sözügedən qurumun rəsmi blankında xarici işlər nazirinin maliyyə və inzibati məsələlər üzrə müavini Muhammed Fath Aliyə ünvanlanmış məktublardır.

Sənədlərdə İran agentlərinin müxtəlif ölkələrdəki hesablarına yüz minlərlə avronun köçürülməsi tələbi var.

O cümlədən, 2022-ci ilin yanvar və mart aylarında Bakıya 47 158 və 75 000 avro, Naxçıvana isə 15 083 və 30 000 avro köçürülüb.

2022-ci ilin aprelində Bakıya daha 40 000 avro köçürülüb.

2022-ci ilin aprelində Moskvaya 40.000 avroluq transfer də diqqət çəkir.

Köçürmələr İranın dövlət bankından həyata keçirilib.

İrfan Vəliyev

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.