Siyasət

Şoyqu narahatdır: ardıcıl 3-cü zəng...

23 Oktyabr 2022 21:59
Baxış: 1 265

Rusiya müdafiə naziri Sergey Şoyqu və britaniyalı həmkarı Ben Uolles arasında telefon danışığı baş tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya MN məlumat yayıb.

Telefon söhbəti zamanı S.Şoyqu Ukraynanın mümkün "çirkli bomba" təxribatı ilə bağlı narahatlığını qarşı tərəfə çatdırıb.

Qeyd edək ki, bu, Şoyqunun gün ərzində xarici həmkarları ilə 3-cü telefon danışığıdır. Bundan öncə, o, türkiyəli və fransalı həmkarları ilə eyni müzakirə aparıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.