Siyasət

Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qərar qəbul ediləcək

22 Oktyabr 2022 20:00
Baxış: 595

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində investorlar üçün şərait yaradırıq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, xüsusilə Orta Dəhlizin canlandırılması üçün yollar axtarırlar: "11 Noyabrda Səmərqənddə baş tutacaq Türk Dövlət Təşkilatının Zirvə görüşündə Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qərar qəbul edəcəyik. Bu, Türkiyənin təklifi idi. Ümid edirik ki, üzv dövlətlər də bunu qəbul edəcək".

XİN rəhbəri qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistanla təsis etdikləri platformalar çərçivəsində enerji, ticarət və digər sahələrdə əməkdaşlığı dərinləşdirirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.