Siyasət

BƏƏ Ukraynaya 100 milyon dollarlıq humanitar yardım edəcək

18 Oktyabr 2022 23:46
Baxış: 923

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya ilə müharibədən zərər çəkmiş Ukrayna vətəndaşlarına 100 milyon dollar dəyərində humanitar yardım göndərəcəyini açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, BƏƏ-nin rəsmi agentliyi olan "WAM"da yer alan xəbərdə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın humanitar yardımın göstərilməsinə göstəriş verdiyi qeyd olunub.

Xatırladaq ki, BƏƏ müharibənin yaratdığı böhrandan zərər çəkmiş Ukrayna vətəndaşlarına əvvəlki aylarda da yardım edib.

Qeyd edək ki, ötən gün BƏƏ Prezidenti Zayed Əl Nəhya və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Görüş zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq, Ukrayna böhranında son hadisələr müzakirə edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.