"Azərbaycan TDT-nin fəaliyyətini hər zaman dəstəkləyir" - FOTO
17 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Fövqəladə İclasında iştirak edib.
Xarici İşlər Nazirliyindən bu gün verilən məlumata görə, iclasın gündəliyində duran əsas məsələlər TDT-nin 2022-2026-cı illər üçün Strategiyası, o cümlədən təşkilatın işinə aid bir sıra mühüm sənədlər, bölgəmizdə və regionda baş verən son hadisələr, cari ilin 11 noyabr tarixində Özbəkistanda keçiriləcək növbəti Zirvə Görüşünə hazırlıq işləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər olub.
Nazir Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının Fövqəladə İclasında çıxış edərək, aşağıdakı əsas fikirləri səsləndirilib:
Qardaş Türkiyənin TDT-yə sədrliyi üzv dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verib. Bu xüsusda, növbəti Zirvə görüşünün qardaş Özbəkistanda keçirilməsi Təşkilatın daha da güclənməsinə xidmət edəcək.
Azərbaycan tərəfi bugünkü Zirvə Görüşünün bir sıra mühüm sənədlərinin, xüsusilə Türk Dövlətləri Təşkilatının 2022-2026-cı illər üzrə Strateji Yol Xəritəsinin qəbul olunmasının təşkilatın işinə mühüm töhfə verəcəyinə ümidvardır.
Azərbaycan həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli əsasda TDT-yə üzv dövlətlərlə sıx əməkdaşlıqdadır. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə, Özbəkistan və Qırğızıstan və Qazaxıstana son səfərləri müstəsna əhəmiyyət kəsb edir.
Təşkilat çərçivəsində Şuşa şəhərinin Türk dünyanın 2023-cü ildə mədəniyyət paytaxtı seçilməsinə verilən xüsusi diqqət təqdirəlayiqdir. Biz həmçinin, 16 sentyabr 2022-ci ildə keçirilmiş Şuşa Türk Biznes Forumunun işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə mühüm töhfə verəcəyinə inanırıq.
Coğrafiyamızda baş verən proseslər, yaranan yeni çağırışlar fonunda TDT-nin bu çağırışlarla mübarizə üçün geniş imkan yaradan platforma rolu oynadığını hesab edirik.
Azərbaycan tərəfi TDT-nin fəaliyyətini hər zaman dəstəkləyir və bundan sonra da TDT-nin çətiri altında qardaş xalqlarımız arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün səy göstərəcəkdir.
Çıxışın tam mətni ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://mfa.gov.az/az/news/no48622
Nazir Ceyhun Bayramov daha sonra, islasın gündəliyi üzrə mühüm məsələlər ətrafında ölkəmizin mövqeyini diqqətə çatdırıb. Nazir, Ermənistanın təxribatı nəticəsində son toqquşmalar, habelə Ermənistan ilə sülh müqaviləsi imzalanması təşəbbüsümüz çərçivəsində görülən işlərlə bağlı son vəziyyət haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bununla yanaşı, Azərbaycanın Ermənistanla normallaşma prosesi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, eləcə də humanitar istiqamətlərldə səylər göstərməsinə baxmayaraq, Ermənistanın proseslərə maneçilik törətdiyi, üçtərəfli bəyanatlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğu vurğulanıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Mərkəzi Asiyada yeni geosiyasi çəkisini möhkəmləndirir
-
Makronun iflic etdiyi Fransanın Azərbaycansız kölələri: onlar susmurlar, çünki…
-
Əli Əsədov yeni qərar imzaladı
-
Prezident İlham Əliyev Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə protokolu təsdiqləyib
-
Azərbaycan XİN mədən qəzası ilə bağlı Pakistana başsağlığı verib
-
Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq artan tendensiya ilə inkişaf edir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Xəyanət birdən-birə baş vermir: Kişilər aldatmağa məhz belə başlayırmış
-
Pendiraltı suyu nədir və faydaları nələrdir?
-
Ceki Çan Bakıda (Foto)
-
Meyvələrin üzərindəki ağ təbəqə kir deyilmiş: Mütəxəssislər əsl səbəbi açıqladı
-
“Çelsi” Kukurelyanın yerinə Çavarriyanı transfer etdi
-
Zalujnı: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq
-
Gəncədə təcili yardım maşını qəzaya düşdü (Video)
-
Ulduz hücumçu "Barselona"ya keçmək üçün maaşını endirməyə hazırdır
-
Sabah bəzi ərazilərdə işıq olmayacaq
-
Türkiyə klubu Nəriman Axundzadənin transferini elan etdi - Yenilənib
-
Türk gəmisi vuruldu - ağır yaralılar var - Yenilənib - (Video)
-
Günün qoroskopu: Reallıq ilə xəyal dünyası arasındakı sərhədlər itir
-
Qardaşı oğlu ilə dənizdə batan Arisin (Fotosu)
-
Açıq sarı, tünd sarı, narıncı - Rəngi belə olan yumurtanı əsla yeməyin
-
15 yaşlı oğlan və əmisi dənizdə batdı - Yenilənib
-
İllərdir səhv dəmləyirmişik: 1 ədəd əlavə etmək kifayətdir
-
“Atam o hadisədən sonra valideynlərindən, bacı və qardaşlarından uzaq düşür” (Foto)
-
İmişlidə zəlzələ oldu
-
Olqa Stefanişina vəzifəsindən azad edildi
-
Tramp: İran heç vaxt nüvə silahına sahib olmayacaq
-
"48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi"
-
Nuridə Məmmədova vəzifəsindən azad edildi
-
İstanbulda torpaq sürüşməsi baş verib, dağıntılar altında qalanlar var (Foto)
-
“Yaprak Dökümü”nun aktyoru “Uzak Şehir”də (Foto)





