Siyasət

Separatçılar "hazırlaşır", Qarabağa mina döşəyir...

13 Oktyabr 2022 23:04
Baxış: 1 218

Separatçılar etiraf edir ki, Qarabağda Azərbaycan Ordusu ilə üz-üzə dayandıqları əraziləri tamamilə minalayıblar. Bu bir daha təsdiq edir ki, Xankəndidəki separatçı-terrorçu rejim Azərbaycanın hakimiyyətini sona qədər qəbul etməməyə çalışacaq və erməni sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etməsi perspektivinin qarşısını alacaqlar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

"Bunun qarşısını almaq üçün ilk növbədə üçtərəfli razılaşmanın 4-cü bəndi icra edilməli - erməni qoşunlar Azərbaycan ərazisindən çıxarılmalı, qondarma "müdafiə ordusu" ləğv edilməlidir. Qarabağda yaşayan ermənilərlə qeyri-formal əlaqələr də yalnız bu halda effektli ola bilər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.