Kral III Çarlzın tacqoyma mərasimi gələn il mayın 6-da keçiriləcək.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Bukinqem Sarayı məlumat yayıb.
Dini mərasim Londonda "Westminster Abbey"də keçiriləcək və mərasimi Kenterberi arxiyepiskopu Castin Uelbi aparacaq.
Kral həyat yoldaşı Kraliça Kamilla ilə birlikdə tac taxacaq.
Qeyd edək ki, tacqoyma mərasiminin əvvəlki mərasimlərdən daha təvazökar və daha qısa olacağı ehtimal edilir.
Milli.Az