Paşinyan yenə TƏLƏSDİ: Amerika Ermənistana yardımdan İMTİNA EDİR?
"Ermənistan hakimiyyətinin yenidən Ermənistan-Azərbaycan böhranını beynəlxalqlaşdırmaq cəhdləri uğurla nəticələnə bilməz".
Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, ABŞ və Fransa Ermənistana görə Azərbaycanla münasibətləri korlamaq niyyətində deyil:
"Ermənistan anlamalıdır ki, digər oyunçuların öz maraqları var və onların öz maraqları Azərbaycanla münasibətdən keçir. Azərbaycanla olan münasibətlərin proqnozlaşdırılan və həmin o ölkələrin öz maraqlarına cavab olduğundan keçir.
Aydındır ki, müəyyən məsələlərdə onlar Ermənistana dəstək ola bilərlər, amma Ermənistanın əvəzinə bu rəsmi İrtəvanın destruktiv siyasətinə qoşulmaq niyyətində olmayacaqlar və bunu proseslərin axarı da göstərir. Baxmayaraq ki, Mensi Pelosi Ermənistana gəlib-gedib, eyni zamanda anti-Azərbaycan şüarları səsləndirib, amma rəsmi Vaşinqton bir qədər bu dəstixətdən uzaqlaşır və Azərbaycanla Ermənistan arasında dialoq təşkil etməyə cəhd göstərir. Buna bariz nümunə kimi Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla olan görüşünə nəzər salmaq olar.
Bu görüşün baş tutması üçün ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivanın təşəbbüsü bir daha onu göstərir ki, ABŞ hansısa bir tərəflər arasında seçim etmək niyyətində deyil və hər iki ölkə ilə dialoq qurmaq istəyir.

Digər tərəfdən Fransa prezidentinin nümayəndəsinin regiona səfəri də gözlənilən səfər idi. Bu, ondan xəbər verir ki, Fransa da çalışır ki, Azərbaycanla da dialoq qursun və bu dialoq əsnasında öz maraqlarını ifadə edir. Ona görə, bu səfər də ondan xəbər verir ki, Fransa təkcə Ermənistan yox, eyni zamanda Azərbaycanla da dialoqlarını davam etdirməkdə maraqlıdır.
Belə olan halda əlbəttə, Ermənistan yenə də ritorikasını dəyişməyəcəyi təqdirdə nəticə əldə etməyəcək və sonra Azərbaycanın təklif etdiyi şərtlərlə münasibətləri qurmağa məcbur olacaq. Ancaq yeri gəlmişkən, həm Fransa, həm ABŞ rəsmiləri tərəfləri birbaşa dialoqa və sülh müqaviləsinin imzalanmasına çağırırlar.
Bu da ondan xəbər verir ki, hər iki tərəf regionda yeni müharibəni istəmir və müharibə olacağı təqdirdə öz maraqlarını burada zərbə altına alınmış hesab edirlər".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib





