Azərbaycan-Sinqapur İqtisadi Əməkdaşlıq komissiyası təsis ediləcək -FOTO
Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ilə görüşüb.
XİN-dən verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycanla Sinqapur arasında Qoşulmama Hərəkatında, habelə bir çox beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan və ölkəmizə verilən dəstəkdən məmnunluq ifadə edib. Yüksək səviyyəli mütəmadi səfərlərin, nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin ölkələrimiz arasında sıx əlaqələrin qurulması üçün yaxşı zəmin yaradacağı bildirilib. Münasibətlərimizin siyasi, iqtisadi, ticarət, yüksək texnologiyalar və digər sahələrdə böyük potensialı olduğu diqqətə çatdırılıb.
Nazir eyni zamanda, Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi, 44 günlük müharibədən sonra post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən işlər, eləcə də Ermənistanın son təxribatları barədə qarşı tərəfə ətraflı məlumat verib.
Sinqapur naziri Vivian Balakrişnan Sinqapurun ölkəmiz ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu, bir sıra Sinqapur şirkətlərinin ölkəmizə sərmayə qoyduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında qarşılıqlı faydalı biznes əlaqələrinin inkişaf etdirilməsi üçün imkanların araşdırıldığı qeyd edilib.
Görüş zamanı, eyni zamanda Azərbaycanla Sinqapur arasında iqtisadi əməkdaşlıq Komissiyasının təsis edilməsinin, təhsil sahəsində əməkdaşlığın perspektivləri, mədəniyyət sahəsində mübadilələrin həyata keçirilməsi, habelə qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - (Foto) (Video)
-
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Avropa Komissiyasının Prezidenti ilə görüşdən görüntülər paylaşılıb (Video)
-
İlham Əliyevlə Ursula fon der Lyayenin səmimi söhbəti (Video)
-
Lyayen: Müfəssəl əməkdaşlıq sazişi üzərində işlərimizi davam etdiririk (Video)
-
Avropa Komissiyasının Prezidenti: Azərbaycan təmiz enerji üçün də regionda qovşaq rolunu oynaya bilər
XƏBƏR LENTİ
-
Xamenei burada dəfn olunacaq - (Video)
-
Gəncədə 29 yaşlı gənc bıçaqlandı
-
Nail Kəmərlinin yeni iş yeri bəlli oldu
-
Kiyevdə matəm elan edildi
-
Sandro Tonalinin yeni klubu bəlli oldu
-
Bakının 4 rayonunda su kəsintisi olacaq
-
Xameneyinin tabutunun ilk görüntüsü - (Foto)
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
-
Ofelya Şabanova: "O qaça-qaça qardaşımın yasına gəldi"
-
10 marşrutun hərəkəti istiqaməti dəyişdirilir
-
Məşhur tiktoker "Arzum" həbs edildi
-
Bakıxanovdakı yaşayış kompleksində yanğın: 4 avtomobilə ziyan dəyib - ( Foto)
-
Puşkinin Hemerdəki abidəsi yoxa çıxdı - Tapan mükafat alacaq - (Foto)
-
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir - (Foto)
-
Səhiyyə Nazirliyi apteklərdə nöqsanlar tapdı - Bu dərmanlar satışdan kənarlaşdırıldı
-
Seneqalın ulduzu: “Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
-
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib
-
Ağadadaş Ağayevin müğənni bacısı oğlu: "Dayım mənənə dəstək olmur" - (Video)
-
Alyona Əliyeva “Zamanın naxışları” moda nümayişində iştirak edib - (Foto)
-
İyulun əvvəlində şans bu bürclərin üzünə güləcək
-
İyulun 12-də qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə!
-
Neftimiz ucuzlaşdı
-
Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - (Foto)





