Bu Konvensiyanın müddəları Ermənistana münasibətdə tətbiq edilməyəcək
"Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında" Konvensiyanın müddəları Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan ilə Azərbaycan arasında münasibətlər normallaşana qədər Ermənistana münasibətdə tətbiq edilməyəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən "Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında" Konvensiyanın təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd edilib ki, Azərbaycan Konvensiyanı 18 yaşınadək uşaqlara münasibətdə valideyn-uşaq münasibətlərindən yaranan aliment öhdəliklərinə tətbiq edir. Qeyd edək ki, Konvensiya 21 yaşınadək şəxslərə münasibətdə valideyn-uşaq münasibətlərindən irəli gələn aliment üzrə öhdəliklərə tətbiq olunur, ancaq Konvensiyaya görə razılığa gələn dövlət bunun tətbiqini 18 yaşına çatmamış şəxslərlə məhdudlaşdırmaq hüququnu özündə saxlaya bilər.
Mərkəzi icra orqanları arasında hər hansı digər əlaqələrin həyata keçirilməsi zamanı fransız dilindən istifadə olunmasından imtina edir. Belə hər hansı digər əlaqələr azərbaycan və ya ingilis dillərində həyata keçiriləcək. Tərəf dövlətlər beynəlxalq sazişlərin bağlanması daxil olmaqla, valideyn (valideynlər) və ya digər məsuliyyətli şəxslərdən, xüsusilə belə şəxslər uşağın yaşadığı dövlətdən fərqli dövlətdə yaşadıqları halda uşaqlara görə alimentin tutulmasının təmin edilməsi üçün bütün zəruri tədbirləri görməlidirlər.
Qeyd edilib ki, Konvensiyanın məqsədi xaricdə uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydasının səmərəli təmin edilməsidir. Bu aşağıdakı vasitələrlə təmin edilməlidir:
- razılığa gələn dövlətlərin orqanları arasında hərtərəfli əməkdaşlıq sisteminin yaradılması;
- aliment barədə qərarların verilməsi haqqında müraciətlərin verilməsi üçün imkanların yaradılması;
- aliment barədə qərarların tanınması və icrasının təmin edilməsi
- aliment barədə qərarların qısa müddətdə icrası üçün səmərəli tədbirlərin tələb edilməsi.
Razılığa gələn dövlətlərə, o cümlədən beynəlxalq sazişlərin köməyilə aliment qismində ödəniləcək vəsaitlərin köçürülməsi üzrə maksimum qənaətcil və səmərəli üsulların təşviq olunması tövsiyə edilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
XƏBƏR LENTİ
-
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
-
Ermənistanda benzinin qiyməti rekord həddə çatdı
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi
-
Ərdoğanın müavini istefa verdi
-
Marketlərdə toyuq filesi niyə yoxdur?
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Ağsuda açıq ərazidə yanğın başladı - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)
-
Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiqdir - Kamaləddin Qafarov
-
Türkiyədə daha bir şagird məktəbə tüfəng gətirdi, müəllimlər müdaxilə etdi - (Foto)
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
Ağarza Dadaşov yüksək vəzifəyə təyin edildi
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı





