Balayanın ŞOK ETİRAFI: "İrəvanı özlərinə vətən hesab etmirlər" - 5 milyon insan 100 ildən sonra bunu edəcək
Qarabağa Böyük Qayıdışımız bir gün qədim Azərbaycan yurdu olan İrəvana da qayıtma imkanımızın böyük olmasından xəbər verir.
Milli.Az Musavat.com-a istinadən bu məram, məqsəd uğrunda mübarizə aparan İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı ilə müsahibəni təqdim edir:
![]()
- Ermənilər İrəvanı özlərinə vətən hesab edirmi?
- İrəvan qədim Azərbaycan yurdudur. Ermənilər son 100 ildə orada artsalar da, İrəvanı süni olaraq qurulan Ermənistan dövlətinin paytaxtı elan etsələr də İrəvan Azərbaycanın ən böyük mədəniyyət mərkəzlərindən biri olub və ermənilər oranı özlərinə vətən hesab etmirlər. Erməni millətçisi Zori Balayan etiraf edirdi ki, İrəvanda yaşayan insanların heç biri yerli deyil, onlardan soruşsan ki, sən haralısan, biri deyər muşlu, biri deyər vanlı və s. İrəvan erməni işğalına məruz qalsa da, türk ruhunu, türk mənəviyyatını qoruyub saxlayıb. Ermənilər İrəvandan Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışsalar da, İrəvan İrəvanlığında qalır. Biz İrəvanı müqəddəs yer hesab edirik. Biz İrəvanı geri qaytarmağın yollarını fikirləşməliyik.
![]()
- İrəvana qayıtma şansımız nə qədərdir?
- Bizim elan etdiyimiz İrəvan Türk Cümhuriyyəti qarşısına aydın bir məqsəd qoyub - indiki Ermənistan ərazisinə, yəni Qərbi Azərbaycanın hər yerinə dönmə mücadiləsi vermək. Biz bu ideya uğrunda mübarizə aparacağıq. Vaxtilə Qarabağ işğal altında olanda bəziləri onun geri qaytarılacağına xəyal kimi baxırdı. 44 günlük müharibədə biz Qarabağı geri qaytarmağa müvəffəq olduq. Biz İrəvanı və onun çevrəsində olan türk yurdu torpaqlarımızı da geri almaq uğrunda mübarizə aparmalıyıq. Yetər ki, bu ideyanı yaşadaq və bu ideya ətrafında insanlarımızı birləşdirək. Biz şübhəsiz ki, İrəvana qayıdacağıq! Dünyanın hazırkı durumunda beynəlxalq normalar var. O normalar çərçivəsində mübarizəmizi davam etdirməliyik. Amma tarixdə elə məqamlar yetişir ki, bir anın içərisində o ideyanı gerçəkləşdirmək imkanı əldə edirsən. Bu imkan mütləq olacaq. Yetər ki, bu ideologiyanı Azərbaycan xalqının milli davasına çevirək. Bunun üçün İrəvan Türk Cümhuriyyəti ortadadır. Cümhuriyyət ətrafına topladığı intellektual insanlar sayəsində bu ideyanı gerçəkləşdirməyin yollarını axtarır və fəaliyyətimizin əsas istiqaməti budur. İrəvan Türk Cümhuriyyəti yarandığı gündən - 2020-ci ilin 9 mayından qarşıya aydın bir məqsəd qoyub, təşkilatlanma işi gedib. İrəvan Türk Cümhuriyyətinin strukturları formalaşıb. Bu Cümhuriyyətin Millət Məclisi, Təmsilçilər Məclisi, Dövlət Şurası, ayrı-ayrı ölkələrdə təmsilçiləri var. İrəvan Türk Cümhuriyyəti öz bayrağını, gerbini, himnini hazırlayaraq ictimaiyyətə təqdim edib.
![]()
İrəvan Türk Cümhuriyyəti bir dövlət aparatı kimi fəaliyyətdədir. Regionda və digər yerlərdə baş verən proseslərə aktiv müdaxiləmiz var. Biz ideyanı yaşatmağa və onu gələcək nəsillərə çatdırmağa çalışdıq. Şübhəsiz ki, bizim əsas hədəfimiz xalqımıza yüz illər boyu çox böyük acılar yaşadan Ermənistandır. Ermənilərin törətdikləri faciələri dilə gətirmək, bu məsələləri diqqət mərkəzinə gətirmək üçün həm hüquqi, həm də siyasi baxımdan müəyyən işlər görürük. Sosial şəbəkələrdə də fəalıq. İrəvan Türk Cümhuriyyətinin heyətində olan insanlar mətbuatda da aktivdir. Biz İrəvan Türk Cümhuriyyəti olaraq Ermənistan adlı dövləti tanımırıq. Çünki bu dövlət Azərbaycan ərazilərində qanunsuz şəkildə elan olunub. Üstəlik, terrorçu dövlətdir. Bu terrorçu dövlətin aradan qaldırılması üçün çalışmalıyıq.
![]()
- Dünya səsinizi eşidirmi?
- Dünyanın bizim səsimizi eşidib-eşitməməsi ilə bağlı qayğımız yoxdur. Biz işimizi görürük. İndiki Ermənistan ərazisindən qovulan, başlarına min cür müsibət gətirilən insanların nəsilləri yaşayır. Onların sayı 5 milyona yaxındır. Onlar öz doğma vətənlərini unutmayıblar. Öz doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşayırlar. Biz onların arzusunu yerinə yetirmək üçün fəaliyyətimizi davam etdiririk. Bu mübarizəmiz gec, ya da tez öz nəticəsini verəcək. Şübhəsiz ki, düşmən də yatmır. Bizim bu ideyamıza qarşı müəyyən tədbirlər görür. Təəssüf ki, özünü qərbi azərbaycanlı hesab edən bəzi insanlar da bu provokasiyanın önündə gedirlər. İrəvan Türk Cümhuriyyətinin parçalanması üçün zaman-zaman cəhdlər olundu. Sağdan-soldan bizə qarşı müəyyən hücumlar var. Biz bunların qarşısını aldıq. İrəvan Türk Cümhuriyyəti mobil heyətdən ibarətdir, qarşısına aydın məqsədlər qoyub. Bu məqsədlərə çatmaq üçün qarşımıza çıxan çör-çöpləri kənara itələyəcəyik. Biz Azərbaycandakı Qərbi Azərbaycan təşkilatları ilə və ermənilərə qarşı mücadilənin önündə olan hər hansı bir təşkilatla əməkdaşlıq etmək niyyətindəyik və əməkdaşlıq içərisindəyik. Qarşıya qoyduğumuz məqsədlərə nail olmaq üçün qərarlı addımlar atacağıq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)





