Siyasət

Makron Putinlə danışacaq

20 Sentyabr 2022 22:36
Baxış: 529

Fransa Prezidenti Emmanuel Makronun yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışacağı gözlənilir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Makron və Putin sonuncu dəfə sentyabrın 11-də telefonla danışıblar.

"Yaxın günlərdə xüsusilə, nüvə məsələsi ilə bağlı cənab Putinlə danışıqlar aparmağımız nəzərdə tutulur", - deyə Makron vurğulayıb.

Fransa lideri daha əvvəl Rusiya Prezidenti ilə nüvə təhlükəsizliyi məsələsini müzakirə etdiyini və eyni məsələnin iki ölkənin xarici işlər nazirləri tərəfindən gündəmə gətirildiyini xatırladıb. Makron Putinlə danışmazdan öncə bu məsələ ilə bağlı MAQATE rəhbəri Rafael Qrossi ilə də görüş keçirəcək.

"Bu söhbətin nəticələrindən sonra biz yaxın günlərdə Putinlə əlaqə saxlayacağıq", - deyə Makron bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.