Serbiyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib - FOTO
Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç Gəncə şəhərinə işgüzar səfər edib.
Səfər çərçivəsində o, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Niyazi Bayramov səfir Draqan Vladisavljeviçi salamlayaraq, rəsmi qonağa Gəncə şəhəri haqqında ətraflı məlumat verib. O bildirib ki, qədim tarixə malik olan Gəncə Azərbaycanın ən qədim şəhərlərindən biridir. Tarixən elm və mədəniyyət mərkəzi olan Gəncə eyni zamanda, Azərbaycanın sənaye şəhərlərindən hesab edilir. Burada bir sıra ali və orta ixtisas məktəbləri fəaliyyət göstərir. Gəncədə olan tarixi abidələr, muzeylər, park və xiyabanlar şəhərə gələn qonaqların zövqünü oxşayır.
Serbiya səfiri Draqan Vladisavljeviç Gəncə şəhərində olmaqdan məmnunluq duyduğunu bildirib. Sözbət zamanı rəsmi qonaq Serbiya və Azərbaycan arasında olan dostluq münasibətlərindən söz açıb, mövcud əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. Səfiri Draqan Vladisavljeviç Serbiyanın Novi-Sad şəhəri ilə Gəncə arasında qardaşlıq əlaqələrinin qurulmasını təklif edib. O qeyd edib ki, iki şəhər arasında xüsusi ilə iqtisadi, mədəni, təhsil və idman sahəsindəki əlaqələrinin genişləndirilməsi üçün imkanlar mövcuddur.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.
Səfər çərçivəsində səfir Draqan Vladisavljeviç Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazini ziyarət edib. Rəsmi qonağa məlumat verilib ki, Gəncə şəhərinin ardıcıl raket hücumlarına məruz qalması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 dinc sakin isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Daha sonra Draqan Vladisavljeviç Nizami Gəncəvi Məqbərə Kompleksini ziyarət edib, Gəncə Dövlət Universiteti, "Azəraliminium" MMC və "Gəncə Şərab-2" ASC-də olub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
XƏBƏR LENTİ
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
-
Verstappen Bakıda mövsümün ilk qələbəsini qazanmağa çalışacaq
-
Azərbaycanda hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Türkiyənin 36 vilayətində əməliyyat: 826 şübhəli saxlanıldı
-
Murat Boz “Allah belanı versin" deyib, mikrafona tüpürdü - (Video)
-
Zeynəb Xanlarova Türkiyədə əməliyyat olundu
-
AFFA-dan “İmişli”nin futbolçusuna 6 oyunluq cəza
-
Bir vəkil kollegiyadan çıxarıldı, ikisinə töhmət verildi
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
25 yaşlı türk futbolçu vəfat etdi - (Foto)
-
“Səhər tezdən bunun şahidi oldum” - Zaur Baxşəliyevi kövrəldən an - (Video)
-
Bakı-Sumqayıt yolunda ağır qəza - Avtomobillər aşdı - (Video)
-
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova





