Ərdoğan Avropa İttifaqına yerini göstərdi
"Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki zirvə toplantısına qatıldığına görə Ankara Avropa İttifaqı qarşısında hesabat vermək niyyətində deyil.
Milli.Az bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PBS (Public Broadcasting Service) telekanalındakı "NewsHour" verilişinə müsahibəsində deyib.
"Biz dünyanın bir parçasayıq: nə Qərbin, nə də Şərqin bir hissəsi deyilik. Bizim üçün ölkəmizin coğrafiya baxımından böyük qismi Şərqə aiddir. Qərbə aid olan hissə ayrıdır.
Amma Avropa İttifaqı 52 ildir bizə sürəkli olaraq sadəcə, vədlər verdi, quruma üzv qəbul etmədi. Avropa İttifaqı üçün bizim vəziyyətimizdə, çəkimizdə olan başqa dövlət yoxdur. Hələ də vəd etməyə davam edirlər. Halbuki NATO ölkəsiyik. NATO ölkəsi olduğumuz halda NATO üzvü bir ölkəyə vədlər verərək onları yerinə yetirməmək nə deməkdir?
NATO çərçivəsində verdiyimiz dəstəyin miqyasına görə beşinci ölkəyik.

Belə mövqeyi olan Türkiyənin vəd taktikası ilə bir kənarda saxlanması şübhəsiz ki, bizim üçün üzücüdür. İstər-istəməz fərqli arayışlara başlamaq vəziyyətində də ola bilərik. Avropa İttifaqı 52 il bizi kənarda saxlayacaq, bizi yanına buraxmayacaq və bundan sonra da "Niyə onunla görüşdü, niyə bununla görüşdü?" deyəcək? Görüşərəm, danışıqlar da apararam. Biz dünyanın bütün ölkələriylə görüşürük. Mən sayğılı Si (Çin lideri Si Szipin, - red.), sayğılı Putinlə də (Rusiya Prezidenti Vladimir Putin, - red.), sayğılı Modi ilə də (Hindistanın baş naziri Narendra Modi, - red.) görüşürəm, danışıqlar aparıram. Bu görüşləri keçirəndə Avropa İttifaqına hesabat verəcək də deyilik.
Çünki hamımız bu dünyanın bir parçasıyıq. Avropa İttifaqına üzv dövlətlərlə görüşəndə "Niyə onlarla görüşdünüz?" sualını eşitmədik. Biz indi xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə necə münasibətlərdəyiksə, onlarla da eyni münasibətlərdəyik", - Ərdoğan söyləyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
XƏBƏR LENTİ
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Füzulidə ağır qəza: 1 ölü, 3 yaralı var
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı





