Siyasət

Putin Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən danışdı

16 Sentyabr 2022 20:14
Baxış: 3 181

Azərbaycanla Ermənistan arasında son sərhəd insidentinin Qarabağa heç bir aidiyyəti yoxdur. Bu, tamamilə başqa regionda, Azərbaycanla-Ermənistan sərhədində baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

"Həqiqətən də biz baş verənlərdən və itkilərdən təəssüflənirik. Hər şeydən öncə, Rusiyanın təsiri ilə münaqişəni lokallaşdırmağa nail olunub. Ümid edirəm ki, bundan sonra da belə olacaq. Bu da, sizə Rusiyanın münaqişəni dayandırmaq üçün resursları...", - deyə Putin jurnalistin "Necə hesab edirsiz, Rusiyanın Ukraynaya başının qarışmasından istifadə edən bəzi qüvvələrin Qarabağda vəziyyəti gərginləşdirmək cəhdləri baş verirmi və Rusiyanın bu münaqişəni nizamlamaq üçün kifayət qədər resursları varmı? sualına cavabında qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.