Siyasət

Paşinyan ABŞ-ın Dövlət katibi ilə telefonla danışıb

13 Sentyabr 2022 07:35
Baxış: 665

Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, tərəflər Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurmanı müzakirə ediblər.

Paralel olaraq xarici işlər naziri Ararat Mirzoyan da Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridə zəng edib. Tərəflər sərhəddəki vəziyyəti müzakirə ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.