Siyasət

Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad etdi

6 Sentyabr 2022 23:58
Baxış: 1 274

Ukrayna Silahlı Qüvvələri Ukraynanın cənubundakı bəzi yaşayış məntəqələrini geri alıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin sədri Nataliya Qumenyuk "Azadlıq" telekanalının efirində danışıb.

Onun sözlərinə görə, hazırda rəsmi açıqlama hazırlanır:

"Mövqe döyüşlərini davam etdiririk, artıq azad etdiyimiz ərazilər var və bu ərazilərin tamamilə Ukraynanın yurisdiksiyasında olan ərazilər kimi elan olunması üçün təxmini vaxt var. Ona görə də bir az gözləyək, bu məsələ ilə bağlı rəsmi hesabat hazırlayırıq".

Qumenyuk vurğulayıb ki, hərbçilər azad edilmiş yaşayış məntəqələrinin düşmənin kütləvi artilleriya və hava zərbələrinə məruz qalmaması üçün çox ciddi şəkildə izləyirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.