Siyasət

“Noyabrda Azərbaycanla sülh sazişi imzalana bilər” - Erməni politoloq

5 Sentyabr 2022 12:52
Baxış: 919

"Ermənistanın Baş naziri Nikol Paşinyanın fərmanı ilə ölkənin Xarici İşlər Nazirliyində Azərbaycanla hərtərəfli sülh sazişinin imzalanmasına hazırlıqla məşğul olan İşçi Qrup yaradılıb".

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən erməni politoloq Andranik Ovannisyan öz teleqram kanalında paylaşıb.

Onun sözlərinə görə, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bu prosesdə iştirak edir.

O bildirib ki, sözügedən sazişin imzalanması tarixi ilə bağlı dəqiq məlumat olmasa da, saziş cari ilin noyabrında baş tuta bilər.

"Əldə olan məlumata görə, sənədin hazırkı nümunəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiq edilməsi və Ermənistan və Azərbaycan arasında regional nəqliyyat kommunikasiyalarının açılması qeyd olunur", - deyə Ovannisyan qeyd edib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics