Siyasət

Ermənilər Zabuxu tərk etdilər

22 Avqust 2022 10:24
Baxış: 3 168

Ermənilər Laçın rayonundakı Zaöux kəndini tamamən tərk ediblər.

Milli.Az bildirir ki, bu kəndin artıq sabiq "sakin"i, "Demokratik Vəhdət" Partiyasının sədri Suren Petrosyan sosial şəbəkələrdə bu barədə məlumat paylaşıb.

Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu dönəmlərdə Ermənistanın həmin məkanların "demoqrafik vəziyyətini dəyişmək" üçün dünyanın müxtəlif ölkələrindən olan erməniləri məskunlaşdırdığı yaşayış məntəqələri arasında Zaöux ilə yanaşı, Laçın şəhəri və Sus kəndi də vardı.

Ermənistandan Xankəndinə uzanan və "Laçın dəhlizi" adlandırılan marşur üzərində olan Laçın şəhərini, Sus və Zaöux kəndlərini ermənilər Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən tərk etməli idilər.

Bunun müqabilində Azərbaycan "Laçın dəhlizi"nə alternativ yol çəkib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory