Laçının bir sıra kəndlərində yaşayan şəxslər bu ərazilərə qanunsuz formada yerləşdirilmişdilər - Sevil Mikayılova
Azərbaycan həm Vətən müharibəsi zamanı, həm də ondan sonrakı dövrdə daim humanizm prinsiplərinə sadiq olub və beynəlxalq hüquqa hörmətlə yanaşıb.
Bunu açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Onun sözlərinə görə, son zamanlar Ermənistanın bölgədə vəziyyəti gərginləşdirmə cəhdləri daha çox vaxt qazanmağa hesablanmış addımlar idi. "Xatırlatmaq istərdim ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında deyilirdi ki, Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalır. Lakin növbəti üç il ərzində Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutu inşa olunmalı idi. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulurdu.
Yəni bəyanatdan anlaşıldığı kimi yeni yol çəkildikdən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin də yeri dəyişdiriləcək. Azərbaycan tərəfi artıq alternativ yolu inşa edib yekunlaşdırıb. Deməli, yerdəyişmənin aparılması üçün artıq heç bir maneə qalmayıb", - S.Mikayılova bildirib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev hər dəfə çıxışlarında, açıqlamalarında qeyd edib ki, Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşı kimi bu ərazilərdə yaşaya bilərlər, lakin onların nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə.
"Laçın rayonunun bir sıra kəndlərində yaşayan şəxslər bu ərazilərə qanunsuz formada yerləşdirilmişdilər, bu qeyri-qanuni məskunlaşmadı və beynəlxalq normalara ziddir. Onlar Ermənistanın təcavüzkar siyasəti nəticəsində bu ərazilərdən didərgin salınmış azərbaycanlıların evlərində qanunsuz formada yaşayırdılar. Ona görə də onlar bu əraziləri tərk etməlidirlər, azərbaycanlı keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması onların fundamental haqqıdır.
Hazırda Ermənistan sülh prosesinə əngəl olur. Ermənistan tərəfi, xüsusən də Ermənistandakı revanşist qüvvələr regionda sülhün yaranmasına müxtəlif yollarla mane olmağa çalışırlar. Ermənistan dövləti regionda sülh yaratmaq istəyirsə, ilk növbədə revanşist fikirlərdən, təxribatçı açıqlamalardan çəkinməlidir, öz cəmiyyətinə sülh və qonşularla mehriban yaşayışı təbliğ etməlidir", - millət vəkili vurğulayıb.
S.Mikayılova onu da əlavə edib ki, Azərbaycan Ordusu ikinci Qarabağ müharibəsində öz gücünü göstərdi:
"İkinci Qarabağ müharibəsindən sonra keçirilən anti-terror əməliyyatları da ordumuzda döyüş hazırlığının ən yüksək səviyyədə saxlanıldığını sübut edir. Ermənistan bundan düzgün nəticə çıxarmalı və Azərbaycanın sülh təkliflərinə sözdə yox, əməldə də müsbət cavab verməlidir", - deyə S.Mikayılova fikrini tamamlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)





