Siyasət

“Ermənistanın normallaşma prosesində səmimi olmasını istəyirik”

11 Avqust 2022 23:12
0 Şərh     Baxış: 681

"Məlum olduğu kimi, Ermənistanla bizim xüsusi nümayəndələrimiz görüşürlər. Artıq bəzi addımlar atılmışdır. Bu prosesdə Azərbaycanla eyni mövqedəyik. Bu addımların bəzən Ermənistanda narahatlıq yaratdığını görürük".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu avqustun 8-də Ankarada işə başlayan "Müdrik və mərhəmətli türk diplomatiyası" mövzusunda keçirilən XIII Səfirlər Konfransının bağlanışı ilə bağlı mətbuat konfransında deyib.

Türkiyənin şəffaf ölkə olduğunu diqqətə çatdıran Mövlud Çavuşoğlu söyləyib: "Bizim hər işimiz açıqdır. Geniş miqyasda Cənubi Qafqazda normallaşma barədə fərdi düşünmək mümkün deyil. Birlikdə addımlar atmalıyıq. Apardığımız danışıqlar ikitərəfli olsa da, bütün Cənubi Qafqazın sabitliyi naminə hamımızın səy göstərməsi vacibdir. Bu məsələdə Ermənistanın daha qətiyyətli və qərarlı olması lazımdır. Proseslərdən yayınma taktikasından kənar durmaq faydalıdır. Biz bu prosesdə Türkiyə olaraq səmimiyik. Ermənistanın da səmimi olmasını istəyirik. Azərbaycanın da səmimi olduğunu görürük".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.