Siyasət

Laçındakı ermənilər: "Bizə deyirlər tez olun, çıxın!"

9 Avqust 2022 22:54
0 Şərh     Baxış: 2 350

"Bizə deyirlər tez olun, çıxın, azərbaycanlılar gəlir. Deyirlər ki, Laçın Azərbaycan ərazisidir - biz buradan çıxarılmırıq, rayonu Azərbaycana qaytarırıq".

Milli.Az bildirir ki, Laçındakı Zaöux kəndində yaşayan erməni Satik Asatryan "Aravot"un jurnalistinin suallarını cavablandırarkən belə deyib.

Onun sözlərinə görə, "Dağlıq Qarabağ Təhlükəsizlik Şurasının katibi", yəni Xankəndindəki terrorçu xuntanın rəhbərlərindən biri Vitali Balasanyan dünən, avqustun 8-də Zabuxa gələrək orada məskunlaşmış ermənilərdən kəndi mümkün qədər tez tərk etmələrini istəyib.

"Dedi ki, avqustun 24-dək çıxmalıyıq. Çıxaq hara gedək? Ermənistanda minlərlə qarabağlı erməni var ki, bomj kimi küçələrdə qalıblar - onlara nə ev verilir, nə pul, nə də yaşamaq üçün bir dəstək", - S.Asatryan deyib.

Laçın şəhəri, Sus və Zabux kəndlərindəki ermənilər avqustun 25-dək həmin yaşayış məntəqələrini tərk etməlidirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.