Siyasət

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib - FOTO

9 Avqust 2022 10:39
0 Şərh     Baxış: 723

"Beynəlxalq Ordu Oyunları - 2022" yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək "Artilleriya atəşinin ustaları" müsabiqəsinin püşkatma mərasimi keçirilib.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, püşkatmanın nəticəsinə əsasən komandaların müsabiqənin mərhələ və epizodlarının icrası üzrə sıralanması müəyyənləşdirilib.

Həmçinin artilleriyaçılarımız atıcı silah və təchizatları da qəbul ediblər.

Qeyd olunub ki, beynəlxalq müsabiqədə 9 ölkənin komandası mübarizə aparacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.