Siyasət

ABŞ Konqresinin nümayəndə heyəti Kiyevə səfər edib

23 İyul 2022 22:58
0 Şərh     Baxış: 1 118

ABŞ Konqresinin Nümayəndələr Palatasının bir sıra üzvləri Kiyevə gəlib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında məlumat verib.

Ukrayna dövlətinin başçısı ABŞ-a təhlükəsizlik sahəsində elan etdiyi son yardım paketinə görə minnətdarlığını bildirib.

O, HIMARS raket sistemləri və mərmilərinin çatdırılmasını xüsusilə qeyd edib.

Prezident həmçinin əlavə edib ki, Vaşinqtonun ölkənin müdafiəsinə verdiyi töhfəni yüksək qiymətləndirir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.