Siyasət

“Rusiya onilliklər boyu Britaniya üçün təhlükə olaraq qalacaq” - Admiral

17 İyul 2022 23:21
0 Şərh     Baxış: 695

"Böyük Britaniya hərbi komandanlığı hesab edir ki, Rusiya onilliklər boyu ölkə üçün təhlükə olaraq qalacaq".

Bunu "BBC"yə müsahibəsində Böyük Britaniya Silahlı Qüvvələrinin müdafiə qərargahının rəhbəri, admiral Toni Radakin bildirib.

"Rusiyanın qarşıya qoyduğu çağırış 2022, 2023 və ya 2024-cü ildən daha uzun müddət davam edəcək. Potensial olaraq, söhbət Rusiyanın təhlükə olaraq qalacağı onilliklərdən gedir. Bu, keçən il təqdim etdiyimiz geniş icmalda açıq şəkildə vurğulanıb. Mən hesab edirəm ki, indi Ukraynanın işğalı səbəbindən təhlükə artıb", - deyə o, əlavə edib.

Radakin həmçinin vurğulayıb ki, hazırda London Rusiyanı öz təhlükəsizliyinə ən ciddi təhdid kimi baxır, baxmayaraq ki, Çinin siyasəti Britaniya hərbçiləri arasında da narahatlıq yaradır.

"Qısamüddətli perspektivdə Rusiyanın quru qoşunlarından gələn təhlükənin azaldığı görünür, lakin Rusiya nüvə dövləti olaraq qalır, kiber imkanlara, kosmik imkanlara və dünya üzrə məlumat daşıyan sualtı kabelləri təhdid etmək üçün xüsusi sualtı proqramlara malikdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.