Siyasət

İsrail Ukraynaya yeni yardım paketini təsdiqlədi - Dəbilqə, zireh və qaz maskası...

12 İyul 2022 20:41
0 Şərh     Baxış: 827

İsrail Ukraynaya yeni yardım paketini təsdiqləyib.

Bu barədə "Yediot Ahronot" nəşri məlumat yayıb.

İsrailin müdafiə naziri Benni Qantz Ukraynaya yeni yardım partiyasının - xilasetmə xidmətləri və mülki təşkilatlar üçün avadanlıqların çatdırılmasını təsdiq edib.

Söhbət 1 500 dəbilqə, 1 500 zireh və 1 000 qaz maskasından gedir. Onların yaxın həftələrdə Ukraynaya təhvil veriləcəyi güman edilir.

Bundan əvvəl İsrail artıq Ukraynaya xilasetmə xidmətləri üçün qoruyucu ləvazimatlar, həmçinin su təmizləmə sistemləri, tibbi avadanlıqlar daxil olmaqla 100 ton humanitar yardım bağışlayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.